Sumqayıt gəncləri arasında peyntbol çempionatı təşkil edilib
Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun maliyyə, “Sağlam Düşüncə” Gənclər Təşkilatı və Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatı dəstəyi ilə Sumqayıt şəhərində gənclər arasında peyntbol çempionatı keçirilib.

“Sumqayıt gəncləri arasında Peyntbol Çempionatı - VƏTƏN KUBOKU” layihəsində şəhərdə fəaliyyət göstərən hökümər və qeyri-hökümət təşkilatlarını təmsil edən gənclərdən ibarət 8 komanda iştirak edib. Tədbirdə çıxış edən şəhər Gənclər və İdman Baş İdarəsinin rəis əvəzi Mübariz Bəşirov, “Sağlam Düşüncə” Gənclər Təşkilatının təsisçisi Ramiz Əliyev 18 Oktyabr Dövlət Müstəqilliyimizin 25 illiyi münasibəti ilə iştirakçıları təbrik edərək, komandalara uğurlar arzu etmişlər. Qeyd olundu ki, yarışın məqsədi gənclər arasında vətənpərvərlik ruhunu, döyüş hazırlığın yüksəltmək və onlarda peyntbol idmanına marağı artırmaqdır. Çempionatın bütün komandaları püşk atma nəticəsində müəyyənləşən rəqibləri ilə qarşılaşıblar.

2 gün davam edən Çempionatın yekunlarına əsasən Reduco Tədris Mərkəzi I yeri, İdman İctimaiyyəti II, “Sağlam Düşüncə” Gənclər Təşkilatı isə III yerin sahibi olub. Qaliblərə Baş İdarənin kubok, medal və şəhadətnamələri təqdim edilib.

Xəbər 2510 dəfə oxundu.