"Qəbələ" “Dinamo” ilə qarşılaşacaq | |
Bu gün "Qəbələ"nin U-19 komandası UEFA Gənclər Liqasının Çempionlar yolunun I mərhələsində növbəti matçına çıxır. Təmsilçimiz bu mərhələnin cavab oyunu çərçivəsində səfərdə “Dinamo” (Moskva, Rusiya) ilə qarşılaşacaq. Xatırladaq ki, bu komandalar arasında Qəbələdə keçirilmiş ilk oyunda Rusiya təmsilçisi 2:0 hesabıyla qələbə qazanmışdı. Bu üzdən də "Qəbələ"nin mərhələ keçməsi o qədər də inandırıcı görünmür. Qeyd edək ki, Ximkidəki “Rodina” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. UEFA Gənclər Liqası Çempionlar yolu, I mərhələ Cavab oyunu, 19 oktyabr 19:00. “Dinamo” - “Qəbələ” Hakimlər: Dumitru Muntyan, Vyaçeslav Sivaçiov, Anatoli Basiul (hamısı Moldova). Hakim-inspektor: Yuri Baskakov (Rusiya). UEFA nümayəndəsi: Anuar Bidanov (Qazaxıstan). Ximki. “Rodina” stadionu. İlk oyun – 2:0. |
|
Xəbər 782 dəfə oxundu. |
|
|