Qarabağın oyununa 6000 bilet satılıb
Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - PAOK matçına bilet satışı davam edir. Hava şəraitinin əlverişsiz olması səbəbindən azarkeşlərin bilet almasında fəallıq hiss olunmur.

Hazırda 6000-dən bir qədər çox bilet satılıb.

Ötən gün isə "Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev matçın keçiriləcəyi Tofiq Bəhramov adına respublika stadionuna gələrək biletlərin satıldığı kassalara baş çəkib, dəstəyini nümayiş etdirib.

Qeyd edək ki, sabah keçiriləcək "Qarabağ" - PAOK matçı saat 21:00-da start götürəcək.

Xəbər 779 dəfə oxundu.