Zərdabda şahmat turniri keçirilib
Oktyabrın 13-dən 18-dək Zərdabda Şahmat-Dama klubunda 18 Oktyabr-Milli Müstəqillik gününün 25-ci ildönümünü qeyd etmək və rayonda şahmat idman növünü inkişaf etdirmək məqsədilə 8 yaşdan 18 yaşadək yeniyetmələr və gənclər arasında şahmat turniri üzrə rayon birinciliyi keçirilib.

Turnirdə 50-dən çox məktəbli iştirak edib. 8-9 yaşlılar arasında birinci yerə Elçin Xəliov, ikinciyə Şamil Şamilzadə, üçüncüyə Məmmədağa Məmmədov çıxıblar. Qızlar arasında Əsmər Zeynalov, Günay Məmmədova və Nuray Məmmədova müvafiq olaraq birinci,ikinci, üçüncü yerə layiq görülüblər. 10 yaşdan böyüklər arasında isə ilk pilləyə Seymur İbrahimli. digər yerlərə isə müvafiq olaraq Rəvan Xəlizadə və Lalə Mirzəyeva çıxıblar.

Xəbər 732 dəfə oxundu.