Rafael Silvadan maraqlı addım
“Lion”un müdafiəçisi Rafael Silva maraqlı addımla mətbuatın diqqət mərkəzinə gəlib.

Braziliyalı müdafiəçi zədələnmə səbəbindən bir ay yaşıl meydanlardan uzaq qaldığı müddətdə əmək haqqından imtina edərək, onu stadionun texniki işçilərinə və xəstə uşaqlarla işləyən xeyriyyə cəmiyyətinə bağışlayıb.

Qeyd edək ki, “Lion”a “Mançester Yunayted”dən keçən braziliyalı futbolçu keçən ilin sentyabr ayında uzun müddətə yarışlardan uzaq qalıb.

Xəbər 707 dəfə oxundu.