Minskdə Avropa Olimpiya Komitəsinin Baş Assambleyası keçiriləcək
19-23 oktyabr 2016-cı il tarixlərində Belarusiyanın Minskdə Avropa Olimpiya Komitəsinin (AOK) 45-ci Assambleyası keçiriləcək.

Tədbirdə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti və AOK-nin İcraiyyə Şurasının üzvü Çingiz Hüseynzadə, MOK-un Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Anar Bağırov iştirak edəcəkdir.

20 oktyabr tarixində AOK-nin İcraiyyə Şurasının üzvü olan Çingiz Hüseynzadə adı çəkilən təşkilatın İcraiyyə Şurasının iclasında iştirak edəcəkdir.

21-22 oktyabr tarixlərində isə AOK-nin Baş Assableyası çərçivəsində Avropa Olimpiya Dəfnə mükafatı təqdim olunacaqdır. Tədbir çərçivəsində Dünya anti-dopinq Agentliyi məruzə ilə çıxış edəcək.

Əlavə olaraq, Yeniyetmələrin 2017-ci il Ərzurum Yay Olimpiya Festivalı və 2017-ci il Gyor Qış Olimpiya Festivalının Təşkilat Komitələrinin hesabat çıxışları gündəlikdə olan məsələlər sırasındadır. Yeniyetmələr arasında 2016-cı il Lillehhammer Qış Olimpiya Oyunları və 2018-ci il Buenos Ayres Yay Olimpiya Oyunları da müzakirə olunacaqdır.

Həmçinin, 2021-ci ildə keçiriləcək Avropa Yeniyetmələrinin Olimpiya Festivalının namizəd ölkələrinin siyahısı açıqlanacaqdır.

Xatırladaq ki, Avropa Olimpiya Komitəsinin 46-cı Baş Assambleyasının keçiriləcəyi ölkənin adı tədbirdə açıqlanacaqdır.

Xəbər 571 dəfə oxundu.