Bakı növbəti möhtəşəm idman yarışına ev sahibliyi etdi
Oktyabrın 16-da ”Şağan Olimpiya idman Kompleksin”də kempo üzrə Avrasiya çempionatı keçirilib.

Çempionat Gənclər və İdman nazirliyinin, Bakı şəhər Gənclər və İdman baş idarəsinin və Şərq əlbəyaxa Döyüş Növləri Federasiyaları Assosasiyasının razılığı ilə və "Toğrul" idman klubunun təşkilatçılığı ilə keçirilib. Beynəlxalq yarışda 24 klubdan 220-ə yaxın idmançı öz güclərini sınayıb. Xarici ölkələrdən Gürcüstan, Rusiya və İran idmançıları da iştirak ediblər.

Azərbaycan Kempo Federasiyasının prezidenti Rauf İbrahimov bu cür dünya miqyaslı yarışların ölkəmizə gətirilməsinə Azərbaycanın sürətli iqtisadi inkişafının idman yarışlarına birbaşa təsirinin nəticəsi ilə əlaqəli olduğunu deyib.

Rauf İbrahimov çıxışında bildirib ki, Bakının günü-gündən gözəlləşməsi idman yarışlarının həvəskarlarına paytaxta izləmək şansını verir.
Kempo üzrə 2-ci Avrasiya çempionatının hakimi Anar Heydərquliyev isə açıqlamasında “Müxtəlif paytaxt yarışlarında, respublika birincilik və çempionatlarında, açıq turnirlərdə biz ildən-ilə artan rəqabəti görürük. Ölkə və paytaxt çempionatlarındakı rekordların sayı bunu deməyə əsas verir. Sevindirici haldır ki, kütləviliyin sayı da artır. Bu artım isə müstəqil respublikamızda idmana olan qayğının nəticəsidir”.- deyə bildirib.

Qeyd edək ki, kempo üzrə Avrasiya çempionatı ikinci dəfədir Azərbaycanda baş tutub. Beynəlxalq yarışda 24 klubdan 220-ə yaxın idmançı öz güclərini sınayıb. Yarışda Gürcüstan, Rusiya və İran idmançıları da iştirak edib. Çempionat Kempo PRO,Kempo Full və Kempo Submission (Gi-NoGi) versiyaları üzrə keçirilib.

Xəbər 1199 dəfə oxundu.