Azərbaycanlı FİFA referisinə Avropa Liqasında növbəti təyinat verilib
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinin daha bir oyununa təyinat alıb.

Təmsilçimiz “Konyaspor” – “Braqa” oyununu idarə edəcək.

Ə.Ağayevə Rza Məmmədov, Zeynal Zeynalov və Mübariz Həşimov kömək edəcəklər. Orxan Məmmədov və Rəhim Həsənov isə əlavə köməkçi hakimlər kimi meydana çıxacaqlar.

Qeyd edək ki, Konyadakı oyun oktyabrın 20-də keçiriləcək.

Xəbər 644 dəfə oxundu.