Ağcabədidə açıq rayon turniri keçirilib
Oktyabrın 16-da Ağcabədi şəhər mərkəzi stadionunda rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin 25 illik yubileyi münasibəti ilə karate-do idman növü üzrə açıq rayon turniri keçirilib.

Turnirdə Ağcabədi və Bərdə rayonlarından olan idmançılar ayrı-ayrı çəki dərəcələrində güclərini sınayıblar.

Sonda qalib idmançılar rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif olunublar.

Xəbər 623 dəfə oxundu.