“Sent-Etyen”–“Qəbələ” oyununu türkiyəli hakimlər briqadası idarə edəcək
“Qəbələ” futbol klubunun Avropa Liqasında “Sent-Etyen”lə səfər matçının hakimləri müəyyənləşib.

UEFA qrup mərhələsi çərçivəsində üçüncü tur qarşılaşmasını türkiyəli hakimlər briqadasına həvalə edib.

“Joffrua Qişar” stadionunda keçiriləcək görüşdə Ali Palabıyık baş hakim olacaq. Ona Cem Satman və Əkrəm Kan kömək edəcəklər. Dördüncü hakim funksiyasını Ceyhun Sesigüzel yerinə yetirəcək.

Matçın əlavə köməkçi hakimləri Alper Ulusoy və Volkan Bayarslan olacaq. Hakimlərin işinə macarıstanlı hakim-inspektor Laslo Vaqner qiymət verəcək. UEFA nümayəndəsi kimi isə israilli Yakob Erel iş başında olacaq.

Qeyd edək ki, “Sent-Etyen”–“Qəbələ” oyunu oktyabrın 20-də keçiriləcək.

Xəbər 650 dəfə oxundu.