Güləşçilərimiz “Qitələrarası Kubok” beynəlxalq turnirində 1 gümüş medal qazanıblar
Dağıstanın Xasavyurt şəhərində sərbəst güləş üzrə 8-ci “Qitələrarası Kubok” beynəlxalq turniri keçirilib.

Pəhləvanlarımız turniri 1 gümüş medalla başa vurublar.

Turnirdə 65 kiloqram çəkidə mübarizə aparan Məhəmməd Müslümov finaladək bütün rəqiblərindən üstün olub. Həlledici görüşdə yerli idmançı ilə qarşılaşan təmsilçimiz məğlub olub və gümüş medalla kifayətlənib.

Eyni çəki dərəcəsində mübarizə aparan digər güləşçimiz Mahal Novruzov isə bürünc medal uğrunda görüşdə uduzub və turniri beşinci sırada tamamlayıb.

Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakimlər Qərib Əliyev, Natiq Hacıyev və Əbdül Nuriyev təmsil ediblər.

Xəbər 816 dəfə oxundu.