Karate üzrə milli komandamız dünya çempionatına hazırlaşır
Karateçilərdən ibarət Azərbaycan yığması dünya çempionatı öncəsi Qəbələdə təlim-məşq toplanışını davam etdirir.

Oktyabrın 25-dən 30-dək Avstriyanın Linz şəhərində karate üzrə 23-cü dünya çempionatı təşkil ediləcək. İdmançılarımız son hazırlıqlarını bu həftə “İnter Arena”da yerləşən Azərbaycan Milli Karate Federasiyasının bazasında keçirəcəklər.

Son Premyer Liqa turnirlərinin nəticələrinə əsasən milli komandanın heyətində bəzi dəyişikliklər edilib. Fərdi və komanda yarışlarına qatılan heyətdə dəyişikliklər yaxın günlərdə açıqlanacaq.


Xəbər 652 dəfə oxundu.