II Uşaq Paralimpiya İdman Oyunları keçiriləcək
11 noyabr 2016-cı il tarixdə Sumqayıt Paralimpiya idman kompleksində Milli Paralimpiya Komitəsi, "Azercell Telekom" MMC və "UNİCEF" in Azərbaycan nümayyəndəliyinin birgə təşkilatçılığı ilə respublikada II UŞAQ PARALİMPİYA İDMAN OYUNLARI keçiriləcəkdir.

Oyunlarda respublikanın müxtəlif reqionlarından olan uşaq paralimpiyaçıları 5 idman növündə (cüdo, üzgüçülük, masaüstü tennis, qolbol və boccia) öz güclərini sınayacaqlar. Ümumiyyətlə, bu yarışlara 60 dan cox sağlamlıq imkanları məhdud uşaqlar qatılacaqdır.

Qeyd edək ki, beynəlxalq təcrübədə ilk dəfə olaraq Milli Paralimpiya Komitəsi saglamlıq imkanları məhdud uşaqların kütləvi şəkildə idmana cəlb olunmalarını öz himayəsinə götürərək, 2013-cü ilin sentyabr ayında Komitənin nəznində Uşaq Paralimpiya Komitəsi yaratmışdır. Bu komitənin yaradılmasında əsas məqsəd ehtiyat idmançıların hazırlanması ilə yanaşı, saglamlıq imkanları məhdud uşaqların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiya olunmasına dəstək verməkdir.

II UŞAQ PARALİMPİYA İDMAN OYUNLARI Sumqayıt Paralimpiya İdman Kompleksində səhər saat 11.00 da keçiriləcək.

Xəbər 1673 dəfə oxundu.