Əvəzedici komandamız liderliyini qorudu
"Neftçi” əvəzedici heyəti növbəti oyununu keçirib. Komandamız VIII turda "Zirə” klubu ilə qarşılaşıb. Görüş əvəzedicilərimizin 2:1 hesablı qələbəsi ilə nəticələnib. Orxan Qurbanlı 37-ci dəqiqədə qol vursa da, 56-cı dəqiqədə hesab bərabərləşib. Bununla belə, hücumlarını davam etdirən komandamız 90-cı dəqiqədə qələbə qolunu vura bilib: İbrahim Əliyev fərqlənib.

Qeyd edək ki, "Neftçi” bu qələbədən sonra 16 xalla turnir cədvəlinin 1-ci pilləsindəki mövqeyini qoruyub.

Xəbər 638 dəfə oxundu.