Roman Qriqorçuk: Belə meydanda oynamaq olmaz
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyunu şərh edib. Bölgə təmsilçisinin ukraynalı çalışdırıcısı 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

"Gec-tez qol buraxmalı idik. Əlbəttə, qol buraxmağımızı istəməzdim. Oyunumuzdan razı qala bilmərəm. Çünki ifamızda bundan da yaxşı oyunumuzun şahidi olmuşam. Daha yaxşı oynamalı idik. Amma bunu başa düşmək olar. Belə bir meydanda oynayırsan və iki futbolçun sıradan çıxır. Axı bu, futbol deyil, nəsə başqa idman növüdür. Belə örtükdə oynamaq olmaz. Hətta topu qəbul etmək belə çətindir. Baqali Dabo üç həftə oynamayacaq, çünki oynamalı olmadığı meydançada oynayırdı. Rəşad Sadiqov da aparıcı futbolçumuzdur və o da sıradan çıxdı. Bu, ciddi məsələdir. Mənim çağırışım ondan ibarətdir ki, təcili bu məsələyə əncam çəkmək lazımdır".

Xəbər 762 dəfə oxundu.