“Qarabağ” klubu “Sumqayıt”a böyük hesabla qalib gəlib
Oktyabrın 15-də Azərbaycan Premyer Liqasında ikinci dövrənin növbəti görüşü oynanılıb.

Çempionatın VIII turunda “Qarabağ” klubu “Sumqayıt”la qarşılaşıb. Ağdam klubu rəqibin qapısından üç cavabsız top keçirərək liderlərin xal itkisindən maksimum yararlanıb.

Baş məşqçi Qurban Qurbanovun komandasının tam üstünlüyü ilə keçən qarşılaşmada hesab 42-ci dəqiqədə açılıb. Migel Maderanın vurduğu bu qoldan iki dəqiqə sonra İlqar Qurbanov hesab arasında fərqi ikiyə çatdırıb. “Qarabağ”ın üçüncü qoluna isə oyuna əlavə edilmiş vaxtda (90+3) Dino Ndlovu imza atıb.

Beləliklə, “Qarabağ” bu qələbə sayəsində xallarını 16-ya yüksəldib və hazırda “İnter”lə ikinci-üçüncü yerləri bölüşdürür. Turnir cədvəlinə hesabında 20 xal olan “Qəbələ” komandası başçılıq edir. Turun sabah keçiriləcək son iki oyununda AZAL “Kəpəz”i, “Zirə” isə “Neftçi”ni qəbul edəcək.

Xəbər 666 dəfə oxundu.