Filip Kreyven istefa verəcək
Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Filip Kreyven istefa verəcək.

F.Kreyven postunu bu ilin dekabrında və ya 2017-ci ilin yanvarında tərk edəcək. İstefanın səbəbləri isə açıqlanmır.

F.Kreyven Ümumdünya Antidopinq Agentliyinin (WADA) müstəqil komissiyasının rəhbəri Riçard Maklarenin məruzəsi əsasında Rusiya yığmasını “Rio-2016” Paralimpiya Oyunlarından kənarlaşdırmışdı.

Qeyd edək ki, F.Kreyven 2001-ci ildən Beynəlxalq Paralimpiya Komitəsində prezident vəzifəsini icra edir.

Xəbər 1670 dəfə oxundu.