Karateçilərimiz Bolqarıstanda uğurla çıxış ediblər
Bolqarıstanın Burqas şəhərində karate do üzrə dünya çempionatı keçirilib.

55 ölkədən mindən çox idmançının mübarizə apardığı yarışa ölkəmiz 10 karateçi ilə qatılıb.

Çempionatda respublikamızı təmsil edən atletlərdən beşi "Neftçi İdman Klubu”nun yetirmələri olub. Onlardan Sədi Namazov (21-39 yaş, 85 kq) kata yarışlarında dünya çempionu adını qazanıb, kumitedə isə üçüncü pillədə qərarlaşıb. Eyni yaş qrupunda Cavid Namazov (87 kq) və Həsən Quliyev (87 kq-dan yuxarı) kumite yarışlarında bürünc medala yiyələnib.

Klubun digər karateçisi Əziz Abbasov (16-17 yaş, 60 kq) isə kumite yarışında dünya çempionatının qızıl medalına sahib olub.

Qeyd edək ki, Sədi Namazov, Cavid Namazov və Həsən Quliyevin də təmsil olunduğu komanda yarışlarında yığmamız əzmlə mübarizə apararaq liderliyə yüksəlib.

Xəbər 724 dəfə oxundu.