Uqu Viana karyerasını bitirib
Futbol üzrə Portuqaliya millisinin sabiq üzvü Uqu Viana karyerasını bitirib.

Son olaraq Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Əl-Vəsl” klubunda çıxış edən Viana 33 yaşında futboldan gedib.

O, “Sportinq”, “Nyukasl” və “Valensiya”dakı çıxışı ilə tanınıb.

Uqu Viana “Sportinq”in heyətində Portuqaliya çempionatının və kubokunun, “Braqa” ilə birgə Portuqaliya Liqa kubokunun qalibi olub. “Əl-Əhli”də isə Viana BƏƏ Liqa kubokunu və ölkə superkubokunu qazanıb.

Qeyd edək ki, təcrübəli yarımmüdafiəçi Portuqaliya yığmasında 33 oyun keçirib.

Xəbər 760 dəfə oxundu.