Neftçi bu gün Şükürov və 2 legionerlə müqavilə imzalayacaq
"Neftçi" bu gün üç yeni futbolçu ilə müqavilə imzalayacaq. Bunlardan biri uzun müddətdir futboldan uzaqlaşmış, son dövrlər paytaxt klubunun düşərgəsində məşqləri bərpa etmiş müdafiəçi Mahir Şükürovdur.

O, azad agent kimi yenidən keçmiş komandasının formasını geyməyə başlayacaq. Hansı ki, Şükürov 2006-07 və 2012-14-cü illərdə də bu klubda forma geyinib.

"Ağ-qaralar" həmçinin baxışa dəvət olunmuş serbiyalı qapıçı Boban Baykoviç və braziliyalı yarımmüdafiəçi Jonas Pessalli ilə də müqavilə imzalayacaqlar. Onlarla da anlaşmanın müddəti mövsümün sonunadək nəzərdə tutulub.

Xəbər 745 dəfə oxundu.