Beynəlxalq dərəcəli qrossmeyster Sərxan Quliyev Bişkekdə ustad dərsləri keçir
Bişkekdəki Uşaq Şahmat Mərkəzində pulsuz ustad dərsləri keçmək üçün Azərbaycandan beynəlxalq dərəcəli qrossmeyster Sərxan Quliyev xüsusi olaraq dəvət edilib.

Bu barədə jurnalistlərə mərkəzin rəhbəri Baktıqul Tilenbaeva məlumat verib.

O bildirib ki, artıq səkkiz gündür Sərxan Quliyev mərkəzin 18 istedadlı şahmatçısına bu qədim idman növünün sirlərini öyrədir.

Qeyd edilib ki, bu il dünya çempionatında Qırğızıstandan səkkiz şahmatçı iştirak edəcək və onlardan yeddisi Uşaq Şahmat Mərkəzinin şagirdidir.

AZƏRTAC

Xəbər 765 dəfə oxundu.