Ağcabədidə taekvondo üzrə rayon turniri keçirilib
Oktyabr 13-də Ağcabədi şəhər Mərkəzi Stadionunda Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin 25 illik yübleyinə həsir olunmuş taekvondo idman növü üzrə rayon turniri keçirilib.

Rayon turnirində şəxsi yarışlarda, ayrı–ayrı çəki dərəcələrində I,II, III, yerləri tutan idmançılara rayon Gənclər və İdman idarəsi tərəfindən diplomlar və medallar təqdim olunub.

Xəbər 733 dəfə oxundu.