Olimpiya Oyunlarının proqramına yeni idman növü daxil edilə bilər
Olimpiya Oyunlarının proqramına yeni idman növü daxil edilə bilər.

İdman Balıqtutması Beynəlxalq Konfederasiyası bu idman növünün "Tokio-2020"-nin proqramına salınması üçün Beynəlxalq Olimpiya Komitəsinə müraciət edib. Konfederasiya rəhbərliyi hesab edir ki, balıq tutmağın bütün dünyada populyar olması Olimpiya hərəkatını daha da universallaşdıracaq. Lakin tənqidçilər balıq ovunun Olimpiadalara qayıdışının əleyhinədi. Üstəlik, yarışın baxımlı olmamağı da qeyd edilir.

Qeyd edək ki, 1900-cü ildə keçirilən Olimpiya Oyunlarının proqramında qeyri-rəsmi olan balıq tutmaq yarışı da yer alıb. 6 ölkə təmsilçilərinin mübarizəsindəki qaliblərin adları isə tarixdə qalmayıb.

Xəbər 697 dəfə oxundu.