Karate üzrə milli komandamız dünya çempionatına hazırlaşır
Karate üzrə Azərbaycan yığması dünya çempionatındən əvvəl Qəbələdə təlim-məşqlərini davam etdirir.

Oktyabrın 25-dən 30-dək Avstriyanın Linz şəhərində karate üzrə 23-cü dünya çempionatı təşkil ediləcək. Bu səbəbdən idmançılarımız son hazırlıqlarını gələn həftə Azərbaycan Milli Karate Federasiyasının bazasında keçirəcəklər.

Son turnirlərin nəticələrinə əsasən, milli komandanın heyətində bəzi dəyişikliklər edilib. Fərdi və komanda yarışlarına qatılan heyətdə dəyişikliklər yaxın günlərdə açıqlanacaq.

Xəbər 727 dəfə oxundu.