Azərbaycan Estoniyaya qalib gəldi
Bu gün Azərbaycanın 17 yaşadək qızlardan ibarət yığma komandası AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində son matçına çıxıb. 3-cü qrupda yer alan millimiz Estoniya ilə qarşılaşıb.

Qeyd edək ki, bu oyun qrup üçüncüsünü müəyyənləşdirmək baxımından vacib əhəmiyyət daşıyırdı. Çünki millimiz Macarıstan (0:3) və Polşaya (0:4) böyük hesablarla uduzduğu kimi, estonlar da əvvəlki oyunlarını məğlub başa vurduğundan xal qazanmamışdı.

Bu oyunda isə sevinən tərəf millimiz olub. Komandamız Aytac Nemətovanın vurduğu qol sayəsində minimal hesabı ilə qələbə qazanıb və qrupda üçüncü yeri tutub.

Qrupun digər oyununda isə Polşa və Macarıstan bərabərə qalıb - 2:2.

Azərbaycan - Estoniya - 1:0
Qol: A.Nemətova, 13.

Qrupdakı yekun vəziyyət: Polşa, Macarıstan - 7, Azərbaycan - 3, Estoniya - 0.

Xəbər 642 dəfə oxundu.