Yarımmüdafiəçi hələ də hazırlıqdan kənarda qalıb
Sentyabr ayında Avropa Liqasının qrup mərhələsinin startında - Belçikada "Anderlext"lə oyundan öncəki məşqdə zədə alan "Qəbələ"nin gürcü futbolçusu Nika Kvekveskiri hələ də hazırlıqdan kənarda qalıb.

O, Gürcüstan millisinin bu ay keçirdiyi rəsmi qarşılaşmalarına məhz bu səbəbdən çağırılmayıb. Yarımmüdafiəçinin nə vaxt məşqlərə başlayacağı haqda isə heç bir dəqiq məlumat verilmir.

Xəbər 658 dəfə oxundu.