Argentinalı hücumçu komandasına qayıtdı
La Liqanın 5-ci turunda "Atletiko" ilə (Madrid) matçda (1:1) zədələnən "Barselona"nın futbolçusu Lionel Messi komanda ilə yenidən ümumi məşqlərə başlayıb.

Argentinalı hücumçu məşqlərə başlasa da hələlik, o oktyabrın 15-i La Liqada keçiriləcək "Deportivo"ya qarşı oyunda yaşıl meydana çıxa bilməyəcək.

Onun Çempionlar Liqasnın qrup mərhələsinin üçüncü turunda "Mançester Siti" ilə görüşdə iştirak edəcəyi gözlənilir.



Xəbər 667 dəfə oxundu.