Futbol üzrə respublika birinciliyinin final mərhələsi başa çatıb | |
“Təhsil” Respublika İdman Mərkəzinin (RİM) futbol üzrə respublika birinciliyinin final mərhələsi keçirilib. Yarışın keçirilməsinin əsas məqsədi nazirlik sistemində fəaliyyət göstərən idman məktəblərinin futbol bölmələrinin 13-14 yaşlı perspektivli futbolçularını aşkara çıxarmaq və mərkəzin yığma komandasını formalaşdırmaq olub. Final mərhələsində zona yarışları üzrə birinci və ikinci yerləri tutmuş 12 komanda yarışıb. Birinci yeri “Təhsil” RİM-in Gəncə filialının komandası tutub. “Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin komandası ikinci, “Təhsil” RİM-in Sumqayıt filialının komandası isə üçüncü yerə layiq görülüb. Qaliblər kubok və diplomlarla mükafatlandırılıblar. |
|
Xəbər 658 dəfə oxundu. |
|
|