Azərbaycan Kuboku start götürür
Bu gün futbol üzrə Azərbaycan Kubokunda yeni mövsümə start verilir. Yarışın 1/16 final mərhələsində Birinci Divizionun 4 klubu iştirak edəcək.

“Turan Tovuz” doğma meydanda “Bakılı” ilə münasibətlərinə aydınlıq gətirəcək.

“Şəmkir” də “Qaradağ Lökbatan”la qarşılaşacaq.

Azərbaycan Kuboku
1/16 final
12 oktyabr

14:00. “Turan Tovuz” - “Bakılı”
Hakimlər: Orxan Məmmədov, Vüsal Qənbərov, Cəmil Quliyev, Rəşad Əhmədov.
Tovuz şəhər stadionu.

14:00. “Şəmkir” – “Qaradağ Lökbatan”
Hakimlər: İnqilab Məmmədov, Vüqar Bayramov, Rahil Ramazanov, Elgün Hüseynov .
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu.

Qeyd edək ki, “Turan Tovuz” - “Bakılı” cütünün qalibi 1/8 finalda "Zirə" ilə, “Şəmkir” – “Qaradağ Lökbatan” cütünün qalibi isə "İnter"lə qarşılaşacaq.

Xəbər 761 dəfə oxundu.