U-15 komandası ilk qələbəsini qazandı
"Neftçi” PFK-nın U-15 komandası mövsümdə ilk qələbəsini qazanıb. I turda "Sumqayıt”la heç-heçə etmiş Arslan Quliyevin yetirmələri "Gəncə” TİM klubunu 10:1 hesabı ilə məğlub ediblər. Komandamızın heyətində Musa Qurbanlı, Ramin Nəsirli və Elgün Quluzadə "dubl”a imza atıblar. Fərid Yusifli, Nihat Fərəcli, Valeh Qəhrəmanlı və Elgiz Məmmədov isə hərəyə bir dəfə fərqləniblər.

Xəbər 815 dəfə oxundu.