Azərbaycan nümayəndə heyəti Avropa Atletika Assosiasiyasının konvensiyasında iştirak edəcək
Oktyabrın 12-16-da Portuqaliyanın Fuşal şəhərində Avropa Atletika Assosiasiyasının konvensiyası keçiriləcək.

Tədbirdə Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə və federasiyanın baş məşqçisi Məhərrən Sultanzadə iştirak edəcəklər.

Konvensiya çərçivəsində bu quruma üzv federasiyaların rəhbərlərinin seminari təşkil olunacaq. Tədbir çərçivəsində komissiyaların üzv federasiya rəhbərlərinin üç sessiyadan ibarət forumunun keçirilməsi nəzərdə tutulur. Avropa Atletika Assosiasiyasının İcraiyyə Komitəsinin üzvlərinin iclasının və Baş Assambleyasının keçirilməsi də konvensiyanın gündəliyinə daxil edilib.

Xəbər 914 dəfə oxundu.