Futbolçumuz Avstriya ilə oyunda fərqləndi | |
Azərbaycan U-19 milli komandası Avropa çempionatının ilkin seçmə mərhələsindəki oyunlarını başa vurub. Avstriya, Bosniya və Litva ilə qarşılaşmış yığma komandamızın heyətində "Neftçi” PFK-nın iki futbolçusu – Anton Krivotsyuk və Ömər Buludov da yer alıb. Avstriya ilə oyunda (1:4) yığmamızın yeganə qolunu Anton Krivotsyuk vurub. O, 90 dəqiqə meydanda olduğu matçın 41-ci dəqiqəsində hesabı bərabərləşdirib. Müdafiəçi Bosniya (1:2) və Litva (2:0) ilə oyunlarda da start heyətində yer alaraq sonadək mübarizə aparıb. Digər futbolçumuz Ömər Buludov isə yalnız Litva ilə matçın 89-cu dəqiqəsində meydana daxil olub. |
|
Xəbər 732 dəfə oxundu. |
|
|