Stolüstü Tennis Federasiyasının növbədənkənar iclası keçirilib
Azərbaycan Stolüstü Tennis Federasiyasının ümumi yığıncağının növbədənkənar iclası keçirilib.

İclasda Federasiyasının Nizamnaməsində dəyişiklik edilib, Federasiyanın qarşısında duran yeni vəzifələrlə əlaqədar vitse-prezidentlərin sayı artırılıb. Hazırda Federasiyanın 2 vitse-prezidenti var.

İclasda qəbul edimiş qərara uyğun olaraq, Azərbaycan Stolüstü Tennis Federasiyası fəaliyyətini artıq yeni ünvanda davam etdirəcək.

Xəbər 754 dəfə oxundu.