Nərimanov rayonu üzrə məhəllələrarası mini-futbol turnirinə start verildi
Nərimanov rayonu üzrə məhəllələrarası mini-futbol turnirinə start verilib.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 2005-2006-cı il təvəllüdlü uşaqlar arasında keçirilən turnirin oyunları Məktəb– Lisey Kompleksinin mini-futbol meydançasında keçirilir. Yarışlarda 13 komanda iştirak edir.

Turnirin açılış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov, Nərimanov rayonu Gənclər və İdman İdarəsinin rəis müavini Bahəddin Hüseynov və digər rəsmi şəxslər iştirak ediblər. Salman Əbdülov çıxış edərək futbolun inkişafında, xüsusilə uşaqlar arasında keçirilən məhəllələrarası mini-futbol turnirinin böyük rol oynadığını bildirib, iştirakçı komandalara müvəffəqiyyətlər arzulayıb.

Xəbər 714 dəfə oxundu.