Voleybol üzrə qadınlar arasında keçiriləcək Avropa Çempionatının bütün iştirakçıları bəlli oldu
2017-ci ildə voleybol üzrə qadınlar arasında keçiriləcək Avropa Çempionatının bütün iştirakçıları bəlli olub. Azərbaycan və Gürcüstanın ev sahibliyi edəcəyi Avropa Çempionatına son vəsiqəyə macarlar sahib olublar.

Qeyd edək ki, qitə birinciliyinin bir qrup və 1/4 final oyunları Gürcüstanda, digər qruplar, həmçinin yarımfinal və final qarşılaşmaları isə Azərbaycanda keçiriləcək. Qalib adı uğrunda meydan sahibləri Azərbaycan və Gürcüstanla yanaşı, sonuncu yarışda ilk beşlikdə qərarlaşmış Rusiya, Niderland, Serbiya, Türkiyə və Almaniya, həmçinin təsnifat mərhələsindən vəsiqə qazanmış İtaliya, Belçika, Polşa, Xorvatiya, Bolqarıstan, Belarus, Çexiya, Ukrayna və Macarıstan yığmaları mübarizə aparacaqlar.

Xəbər 815 dəfə oxundu.