İki gün sonra Azərbaycan kubokuna start verilir
Futbol üzrə Azərbaycan kubokunun onaltıdabir final (təsnifat) mərhələsinin oyunlarının başlama vaxtı açıqlanıb.

Yeni mövsümün oktyabrın 12-də keçiriləcək ilk qarşılaşmaları eyni saatda start götürəcək.

Birinci divizion təmsilçilərinin mübarizə aparacağı mərhələnin matçları saat 14:00-da başlayacaq. Yarışin ilkin mərhələsində “Turan Tovuz” “Bakılı”nı, “Şəmkir” isə “Qaradağ Lökbatan”ı qəbul edəcək.

Xəbər 776 dəfə oxundu.