“Azəryol” klubu daha bir voleybolçusu ilə müqaviləni rəsmiləşdirib
Bakının qadınlardan ibarət “Azəryol” klubu daha bir voleybolçusu ilə müqaviləni rəsmiləşdirib.

Bakı təmsilçisi Yelena Yakimçukla danışıqları müsbət yekunlaşdırıb. Razılaşmaya əsasən, 25 yaşlı ukraynalı 2016/2017-ci il mövsümündə “Azəryol”un şərəfini qoruyacaq.

Komanda Y.Yakimçukdan əvvəl Yuliya Kərimova, Zinaida Lyubimova, Oksana Kiselyova, Kseniya Pavlenko, Leyla Parşkova, Kristina Yaqubova və Anita Bredislə də müqavilə imzalayıb.

Xəbər 786 dəfə oxundu.