Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı
Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub. İdmançımız bu titulu Çexiyanın paytaxtı Praqanın “O2” İdman Kompleksində qazanıb.

W5 promouşeninin 77 kq çəki dərəcəsində Avropa çempionunun adına qurumun bayrağı altında təşkil olunan “Əfsanələr Praqada” adlı döyüş gecəsində aydınlıq gəlib. Titul uğrunda mübarizədə Nəbiyev çexiyalı Vlado Moravçiklə qarşılaşıb. 5 raunddan ibarət döyüşün yekununda təmsilçimiz hakimlərin rəyi ilə qitə çempionu tituluna yiyələnib.

Xəbər 529 dəfə oxundu.