Azərbaycan və Gürcüstanın birgə təşkil edəcəyi Avropa çempionatının iştirakçıları müəyyənləşib
2017-ci ildə Azərbaycan və Gürcüstanın birgə təşkil edəcəyi qadın voleybolçular arasında Avropa çempionatının iştirakçılarının tam siyahısı müəyyənləşib.

Yarışda 16 komanda birincilik uğrunda mübarizə aparacaq.

Avropa çempionatında ev sahibləri Azərbaycan və Gürcüstanla yanaşı, “Avro-2015”in mükafatçıları – Rusiya, Hollandiya və Serbiya, həmçinin ilk beşlikdə qərarlaşan Türkiyə və Almaniya yığmaları yarışacaq. İkinci seçmə mərhələdə onlara İtaliya, Belçika, Polşa, Xorvatiya, Bolqarıstan və Belarus qoşulub. Pley-off mərhələsində Çexiya, Ukrayna və Macarıstan da onaltılıqda iştirak hüququ qazanıb.

“Avro-2017”də Gürcüstanda cəmi 1 qrupun oyunları və 1/4 final matçları baş tutacaq. Digər 3 qrup - biri Quba, ikisi Bakıda olmaqla, Azərbaycanda mübarizə aparacaq. Çempionatın yarımfinal və final oyunları da paytaxtımızda təşkil olunacaq.

Xəbər 756 dəfə oxundu.