Neftçinin müdafiəçisi İtaliyaya qarşı 90 dəqiqə oynadı
Makedoniya yığması DÇ-2018-in seçmə mərhələsi çərçivəsində növbəti matçını keçirib. "Neftçi"nin müdafiəçisi Vançe Şikovun komandası doğma meydanda İtaliya ilə qarşılaşıb.

G qrupu çərçivəsində baş tutan qarşılaşmada qapılara 5 qol vurulub. Makedoniyalılar bu görüşdən 2:3 hesablı məğlubiyyətlə ayrılıblar.

Start heyətdə meydana çıxan Şikov sonadək mübarizə aparıb.

Xəbər 610 dəfə oxundu.