“Mercedes” ardıcıl olaraq üçüncü dəfə “Formula-1” konstruktorlarının kubokunu qazanıb
“Mercedes”in pilotları Niko Rosberq və Luis Hemilton Yaponiya Qran-prisində öz komandasına vaxtından əvvəl “Formula-1” konstruktorlarının kubokunu qazandırıb.

Birinci mövqedə start götürən Niko Rosberq liderliyini finişədək qoruyub saxlaya bilib və yürüşün qalibi olub. Onun komanda yoldaşı Luis Hemilton isə yürüşə ikinci çıxsa da, starta yol verdiyi səhv nəticəsində birinci onluğun axırına düşüb. Bununla belə, britaniyalı itirilmiş mövqelərin böyük hissəsini geri qaytarmağa nail olaraq, finişə üçüncü çatıb.

Beləliklə Rosberq və Hemiltonun yığdıqları xallar “Mercedes” komandasının ardıcıl olaraq üçüncü dəfə “Formula-1” konstruktorlarının kubokunu qazanmasına kifayət edib.

Xəbər 627 dəfə oxundu.