AFFA-nın prezidenti milli komandanın üzvləri ilə görüşüb
AFFA-nın prezidenti Rövnəq Abdullayev Bakı Olimpiya Stadionunda futbol üzrə Azərbaycan milli komandasının üzvləri ilə görüşüb.

AFFA prezidenti dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də Norveç yığması ilə qarşılaşacaq millimizə uğurlar arzulayıb.

AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov görüşdə iştirak edib.

Xəbər 665 dəfə oxundu.