Nazir Azad Rəhimov Göyçayda vətəndaşlarla görüşəcək
Gənclər və idman naziri Azad Rəhimov oktyabrın 11-də Göyçay rayonunda vətəndaşları qəbul edəcək. Qəbulda Mingəçevir, Yevlax, Ağdaş, Ağsu, Bərdə, Göyçay, Kürdəmir, Tərtər, Ucar, Zərdab şəhər və rayon sakinləri iştirak edəcəklər. Qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində (Göyçay şəhəri, Heydər Əliyev prospekti 98, Heydər Əliyev parkının ərazisi,Göyçay Gənclər Mərkəzi ilə üzbəüz) başlanacaq.

Xəbər 806 dəfə oxundu.