FIFA referisi Elçin Səmədli yeni beynəlxalq təyinat alıb
Futzal üzrə FIFA referisi Elçin Səmədli yeni beynəlxalq təyinat alıb.

E.Səmədli futzal üzrə UEFA kubokunun əsas seçmə mərhələsinin 4-cü qrupunda keçiriləcək oyunlarda iştirak edəcək.

Belarusun “Lidselmaş”, Yunanıstanın “Athina-90”, Serbiyanın “Ekonomac” və Xorvatiyanın “Nacional” komandasının mübarizə aparacağı bu qrupun oyunları oktyabrın 12-dən 15-dək Serbiyada keçiriləcək.

Xəbər 671 dəfə oxundu.