UEFA Asim Xudiyevə yeni təyinat verib
Asim Xudiyev UEFA-dan yeni təyinat alıb.

O, 21 yaşadək futbolçuların matçında iş başında olacaq.

Belə ki, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Qazaxıstan–Norveç görüşündə hakim-inspektorun vəzifəsini A.Xudiyev yerinə yetirəcək.

Oktyabrın 11-də keçiriləcək görüş Qazaxıstanın Aktobe şəhərində oynanılacaq.

Xəbər 1193 dəfə oxundu.