Yeniyetmələr arasında boks üzrə Bakı birinciliyinin qalibləri müəyyənləşib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Boks Mərkəzində yeniyetmələr arasında (1998-1999-cu təvəllüdlülər arasında) boks üzrə Bakı birinciliyi keçirilib.

Birincilikdə 86 idmançı mübarizə aparıb.

Nəticələrə görə, Yadigar Əliyev (49 kq, Gilan), Elməddin Orucov (52 kq, Rabitə İK), Ramazan Abdullayev (56 kq, Rabitə İK), Orxan Həsənov (60 kq, Rabitə İK), Elton Məmmədov (64 kq, Rabitə İK), Tural Həsənov (69 kq, UGİM 13), Rasim Çobanlı (75 kq, Qəbələ İK), Elxan Əliyev (81 kq, Gilan), Elbrus Əkbərov (91 kq, Rabitə İK) və Ramiz Nadirov (91 kq-dan yuxarı, Gömrükçü İK) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

İlk üç yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Xəbər 760 dəfə oxundu.