“Qəbələ”nin döyüşçüsü beynəlxalq arenada yeddinci qələbəsini qazanıb
Azərbaycanın və “Qəbələ” idman klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb.

26 yaşlı idmançımız Rusiyanın Nalçik şəhərində təşkil olunan MMA (qarışıq döyüş növləri) döyüşlərində uğurla çıxış edib.

Dünya kubokunun mükafatçısı olan təmsilçimiz Beynəlxalq Qafqaz çempionatında (International Caucasian Fight Championship) rusiyalı Vaxa Şanxoyevlə qarşılaşıb. Üç raund davam edən döyüşdə hakimlərin rəyi ilə qalib gələn H.Əliyev 9-cu sınağında 7-ci qələbəsini əldə edib.

Xəbər 597 dəfə oxundu.