Ağdamın “Qarabağ” klubu Emil Balayevi transfer edib
Ağdamın “Qarabağ” futbol klubu növbəti transferini reallaşdırıb.

Klub milli komandamıza da dəvət alan, azad agent statusu daşıyan qolkiper Emil Balayev ilə bir illik müqavilə imzalayıb.

Son klubu “Ayntraxt” (Almaniya) olan Emil Balayev bu komandadan ayrıldıqdan sonra “Qarabağ”ın düşərgəsində məşq edib.

Gənc qolkiper keçidi haqda deyib: “İlk olaraq, baş məşqçi Qurban Qurbanov və klub rəhbərliyinə mənə inandıqlarına görə təşəkkürümü bildirirəm. Çalışacağam ki, bu etimadı doğruldum. "Qarabağ"a transferim mənim üçün xoş oldu. Klubsuz qaldığım müddətdə də mənə bu komandada məşq etməyə icazə verdiklərinə görə bir daha təşəkkür edirəm. Belə səviyyəli komanda ilə məşq etmək mənə çox şey öyrətdi. Oyun praktikamı artıraraq gələcəkdə komandama kömək etməyə çalışacağam”.

Xəbər 713 dəfə oxundu.