Kəpəz bu gün məşqləri bərpa edəcək | |
Topaz Premyer Liqasında ilk dövrənin son oyununda “Neftçi”yə məğlubiyyətdən sonra 4 günlük istirahətə buraxılan “Kəpəz”in üzvləri bu gün bir araya gələcək. Komanda məşqləri Bakıda bərpa edəcək. “Sarı-göylər” hazırlığı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçəcək. Gəncə klubunun oktyabrın 6-na olan məşqi saat 16:00-da başlayacaq. Sonrakı üç gün ərzində keçiriləcək məşqlər isə saat 11:00-a təyin olunub. |
|
Xəbər 808 dəfə oxundu. |
|
|