Çexiya yığması da millimizlə oyun öncəsi itkilərlə üzləşdi
Oktyabrın 11-də DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan millisini qəbul edəcək Çexiya yığması itkilərlə üzləşib. Qapıçı Yaroslav Drobnı və yarımmüdafiəçi Martin Fridek zədələnərək sıradan çıxıb.

Onların əvəzində baş məşqçi Karel Yarolim komandaya "Slaviya"dan Yaromir Jmral ilə Rusiya "Tom"unda top qovan Lukaş Droppanı dəvət edib.

Xəbər 779 dəfə oxundu.